ÜDM-in adambaşına düşən həcmi 4653,3 manatdır
Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, istehsal sahələrinin ümumi daxili məhsulda xüsusi çəkisi əvvəlki ildəki 62,4 faizdən 65,5 faizədək artıb. Xidmət sahələrinin payı isə müvafiq olaraq 29,7 faizdən 27,4 faizədək azalıb. Yola saldığımız ildə məhsula və idxala xalis vergilər ÜDM-in 7,1 faizini təşkil edib. İqtisadiyyatın neft sektorunun 1,8 faizlik artımı fonunda qeyri-neft sektorunda əlavə dəyərin 7,9 faizlik artımı müşahidə olunub.
Komitədə deyirlər ki, ötən il Azərbaycanda sənayenin qeyri-neft sahələrində əlavə dəyər 5,9 faiz, tikinti kompleksində 20,3 faiz, xidmət sahələrində isə 7,2 faiz artıb. 2010-cu il ərzində sənayedə 21,9 milyard manatlıq (ÜDM-in 52,6 faizi qədəri), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 2,2 milyard manatlıq (ÜDM-in 5,4 faizi), tikintidə 3,1 milyard manatlıq (ÜDM-in 7,5 faizi qədəri), nəqliyyat və anbar təsərrüfatında 2,5 milyard manatlıq (6,0 faiz), informasiya və rabitə xidmətlərində 788,4 milyon manatlıq (1,9 faiz), topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlərdə 2,7 milyard manatlıq (6,6 faiz), mehmanxana və iaşə xidmətləri sahəsində 434,5 milyon manatlıq (1,0 faiz), sosial və digər xidmətlər sahəsində isə 4,9 milyard manatlıq (11,9 faiz) əlavə dəyər yaradılıb.
Yola saldığımız il ərzində ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 3,7 faiz artaraq 4653,3 manat ( 5797,8 dollar) təşkil edib.
Elxan SALAHOV

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15