Amerikalılar Azərbaycanın narşərab və feyxoa məmulatlarını bəyəniblər
Yanvarın 16-18-də San-Fransisko şəhərində ABŞ-ın Özəl Qida Ticarəti üçün Milli Assosiasiyasının (NASFT) təşkilatçılığı ilə Qida Sərgisi keçirilib.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 50 illik tarixə malik olan bu ənənəvi sərgidə dünyanın 35 ölkəsindən 1300 şirkət iştirak edib.
Sərgidə İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanın Los-Ancelesdəki Konsulluğunun dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın “AzərSun”, “AzNar”, “M-Pro”, “Sirab”, “Badamlı” və “Hacı Camalxan” şirkətlərinin məhsulları nümayiş olunub. Sərgini 17 min nəfər ziyarət edib. Sərgidə ölkəmizdə istehsal edilən qida məhsulları böyük maraqla qarşılanıb, narşərablar və feyxoa məmulatları isə sərginin təşkilatçıları tərəfindən xüsusi diqqətə layiq olan yeni adlar kateqoriyasına daxil edilib.
Tədbirdə iştirak edən Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev ölkəmizin investisiya və biznes imkanları barədə, qida və kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabət qabiliyyətli məhsullarla bağlı sərgi iştirakçılarına məlumat verib. Sərgi çərçivəsində Əfqan İsayev Azərbaycanla əməkdaşlıqda marağı olan tərəflərin nümayəndələri ilə ilkin danışıqlar aparıb və San-Fransiskonun Sənaye-Ticarət Palatasının prezidenti Stiven Falk ilə potensial birgə layihələri müzakirə edib.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15