ABŞ-ın bir neçə ştatı öz valyutasını yarada bilər
ABŞ-ın Cənubi Karolina ştatı mərkəzi hökumətdən asılılığı zəiflətmək, müstəqilliyi gücləndirmək yönündə siyasətini davam etdirir.
Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, respublikaçı senator Li Brayt ştatın yeni valyutaya keçməsini təklif edib.
Ştatda əsl qızıl və gümüşdən yeni pul vahidləri peyda ola bilər. Bu ideyanın tərəfdarları çoxdur. Onlar hesab edirlər ki, yeni pulun meydana çıxması Cənubi Karolina ştatının növbəti maliyyə böhranı zamanı ciddi iqtisadi itkilərdən yayınmasına imkan verəcək. Li Brayt deyib ki, əgər insanlar dollara inamlarını itirirlərsə, bundan sığortalanmaq lazımdır.
ABŞ qanunvericiliyinə görə, ştatların öz valyutalarından istifadə etmək hüquqları var. Həm də oxşar təşəbbüslə artıq Virciniya, Corciya və Missuri ştatlarının deputatları çıxış edirlər. Lakin respublikaçı senator Li Braytın təşəbbüsü həyata keçsə, Cənubi Karolina qızıl və gümüş pul vahidlərinə keçən ilk ştat olacaq.
Xatırladaq ki, bir müddət əvvəl Virciniya ştatının Baş Assambleyası ştatın alternativ valyutaya keçməsi ilə bağlı məsələlərlə məşğul olmaq üçün komissiya yaradıb.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15