Dollar Azərbaycanda 12 illik minimuma endi
17 fevral 2011 14:46 (UTC +04:00)

Dollar Azərbaycanda 12 illik minimuma endi

Dünya maliyyə bazarlarında ABŞ dollarının ucuzlaşması öz təsirini Azərbaycanda da göstərir.

Lent.az “İqtisadi forum” jurnalına istinadən bildirir ki, ölkəmizdə dolların manata nisbətən rəsmi məzənnəsi ucuzlaşması tendensiyası davam edərək 12 ildə ən aşağı həddə düşüb. Belə ki, fevralın 17-də ABŞ valyutasının manata nisbətən rəsmi məzənnəsi 79,50 qəpik müəyyən edilib. Bu, 5 iyul 1999-cu ildən bəri ən aşağı göstəricidir. Həmin tarixdə 1 dollar 79,50 qəpiyə (3975 AZM) bərabər olub.


Ümumilikdə 2011-ci ilin ilk 2 ayında dollar manata nisbətən 0,4 faiz ucuzlaşıb. Bu müddətdə dolların manata olan rəsmi məzənnəsi 79,79 qəpikdən 79,50 qəpiyə düşüb. Xatırladaq ki, 2009-cu ildə milli valyutamız ABŞ dollarına nisbətən 0,2 faiz ucuzlaşsa da, ötən il 1 faizə qədər möhkəmlənə bilib.


Dolların ucuzlaşması öz təsirinin avroya da göstərib. Fevralın 17-də Avropa valyutasının rəsmi məzənnəsi 1 manat 8 qəpiyədək yüksəlib. Cari ildə avro manata nisbətən 2,3 faiz bahalaşıb. Hazırda dünya bazarlarında 1 ABŞ dolları 1.3551 avroya bərabərdir.

Elxan SALAHOV
# 704

Oxşar yazılar