Neftin qiyməti fərqli istiqamətdə dəyişib
18 fevral 2011 11:09 (UTC +04:00)

Neftin qiyməti fərqli istiqamətdə dəyişib

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, qiymətin dəyişməsi Yaxın Şərqdə gərgin vəziyyət səbəbindən neft tranzitində fasilələr yaranacağı narahatlığı ilə bağlı olub.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin qiyməti 1,37 dollar qalxaraq 86,36 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 1,19 dollar düşərək 101,59 dollar təşkil edib.
# 629

Oxşar yazılar