Azərbaycandakı “Ramstore” mağazalar şəbəkəsi satıldı
“Migros Ticaret” şirkəti Azərbaycanda sahibi olduğu “Ramstore” MMC-nin səhmlərini 14 milyon 250 min dollara “Intersun Holding FZCO” şirkətinə satıb. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Migros Ticaret” şirkəti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 3 mağazanı özündə birləşdirən “Ramstore” MMC-nin səhmlərinin hamısının Dubayda qeydiyyatda olan “Intersun Holding FZCO” şirkətinə satılmasına qərar verilib və bununla bağlı sənəd imzalanıb.
Şirkətin nümayəndəsi Özgür Tort deyib ki, “Migros Grubu” Türkiyə xaricində Qazaxıstan kimi iqtisadiyyatı sürətlə böyüyən ölkələrin bazarlarına diqqətini artırır: “Böyümə potensialını dəyərləndirərək Azərbaycandan çıxmağa qərar verdik”.
Qeyd edək ki, “Intersun Holding FZCO” Azərbaycanda fəaliyyət göstərən “Azərsun Holdinq”in təsisçisidir.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15