Bakıda keyfiyyətsiz qablaşdırılmış içməli suyun istehsalı dayandırılıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Sulu Təpə qəsəbəsi, R.Allahverdiyev küç. 7/23 ünvanında qablaşdırılmış içməli su istehsal edən fiziki şəxs Rüxsarə Sultanovaya məxsus müəssisədə dövlət nəzarəti həyata keçiriblər.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəzarət tədbirləri nəticəsində müəyyən olunub ki, müəssisədə qablaşdırılmış içməli su standartın (AZS 282-2007) tələbləri pozularaq, təsdiq olunmuş texnoloji sənəd olmadan istehsal olunur.
Müəssisənin qablaşdırılan içməli suyun mənbəyi, hazırlanması barədə məlumatları, suyun saxlama müddətini əks etdirən texnoloji sənədi mövcud deyil. Halbuki üzərində heç bir əsas olmadan suyun saxlama müddəti 1 il və suyun təbii süfrə suyu olduğu göstərilib. Bundan başqa, müəssisənin sınaq laboratoriyasının olmadığı və içməli suyun ümumi sınaqlarının aparılmadığı müəyyən olunub. Aşkar olunan qanun pozuntuları ilə əlaqədar olaraq inzibati protokol tərtib edilib və məhsulun satışına qadağa qoyulub.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18