ARDNŞ-də insan resurslarının idarə edilməsi prosesləri avtomatlaşdırılır
ARDNŞ-in İnsan Resursları Departamentində proseslərinin avtomatlaşdırılması məqsədi ilə iş diaqramlarının təsdiqlənməsi üzrə müzakirələrə start verilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 8 iyul tarixinədək davam edəcək müzakirələrin nəticəsində departamentin bütün fəaliyyət istiqamətlərini əhatə edən proseslər üzrə iş diaqramları hazırlanacaq.
Bununla da ARDNŞ və onun tabeçiliyindəki bütün strukturlarda insan resurslarının idarə edilməsi prosesləri vahid siyasət əsasında həyata keçiriləcək, şəffaflıq və ədalətlilik prinsipləri təmin olunmaqla subyektiv amillərin minimuma endirilməsi mexanizmi ilə tənzimlənəcək.
İş diaqramlarının hazırlanması beynəlxalq təcrübə əsasında İnsan Resursları Departamentinin mütəxəssisləri tərəfindən həyata keçirilir. Müzakirələrdən əvvəl departament daxilində iş diaqramlarının hazırlanması ilə bağlı müxtəlif təyinatlı təlimlər keçirilib, əməkdaşlar arasında fikir mübadilələri aparılıb. Proseslərin avtomatlaşdırılması SAP proqram təminatı vasitəsi ilə dəstəklənəcək. Bununla yanaşı, yaxın zamanlarda yeni sistemin tətbiqi ilə bağlı maarifləndirmə məqsədi ilə ARDNŞ-in, regionlar da daxil olmaqla, müvafiq işçiləri treninq və seminarlara cəlb ediləcək.
Qeyd etmək lazımdır ki, hazırda ARDNŞ üzrə yaranan vakansiyaların doldurulması 1 avqust 2011-ci il tarixinədək dayandırılıb. Vətəndaşlar ARDNŞ-ə işə qəbul prosesi və qaydaları barədə, habelə Şirkətdə ixtisas və peşələrə uyğun açılan vakansiyalar haqqında məlumatı ARDNŞ-in korporativ veb-səhifəsinin (www.socar.az) Vakansiyalar bölməsindən və “İki Sahil” qəzetindən ala biləcəklər.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18