DəmirBank Embawood ilə kreditlə mebel satışı proqramını genişləndirir
06 iyul 2011 15:28 (UTC +04:00)

DəmirBank Embawood ilə kreditlə mebel satışı proqramını genişləndirir

DəmirBank mebel istehsalını və satışını həyata keçirən Embawood şirkəti ilə əməkdaşlığı genişləndirir. Kredit proqramına əsasən, Embawood salonlarında müxtəlif növ mebel 6 aydan 24 ayadək sərfəli kredit şərtləri ilə almaq mümkündür.

Lent.az xəbər verir ki, kreditin məbləği 300-dən 5000 manatadək ola bilər. Kredit məbləği 3000 manatadək olarsa, ilkin ödəniş tələb edilmir, məbləğ 3000 manatdan yuxarı olduqda isə alınan malın 10% dəyərində ilkin ödəniş zəruridir.

Kredit alan şəxsin ən azı 3 ay müddətində dövlət təşkilatında və ya sabit maliyyə durumu olan özəl müəssisədə iş stajı olmalıdır. Kredit şəxsiyyət vəsiqəsi və iş yerindən arayış əsasında verilir.

Embawood şirkətinin ölkə üzrə 48 salonu http://www.demirbank.az/index.php?/az/content/721 var. Onlardan 19-u Bakı şəhərində, 29-u isə regionlarda fəaliyyət göstərir.

“DəmirBank əhaliyə geniş çeşiddə bank məhsulları, həmçinin mebel alışı üçün kredit təqdim edir. Ev və ofis mebellərini istehsal edən Embawood şirkəti ilə əməkdaşlığımızı genişləndirərək, mebellərinin kreditləşməsi sahəsində əhaliyə yeni imkanlar təklif edirik”, - deyə, İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

Bundan başqa DəmirBank plastik kart sahibləri “Kart sahiblərinə endirimlər” http://www.demirbank.az/index.php?/az/content/267/ proqramı çərçivəsində Embawood mağazalar şəbəkəsindən 5% endirim əldə edə bilərlər.

Daha ətraflı məlumat əldə etmək üçün www.demirbank.az saytına daxil olmaq və ya Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng etmək olar.
# 1845

Oxşar yazılar