“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçib
07 iyul 2011 16:45 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri yay mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, sərnişinlərin və hərəkət tərkibinin təhlükəsizliyinin təmin edilməsi üçün bir sıra tədbirlər reallaşdırılır.


İnfrastruktur Departamentinin kollektivi gün ərzində bir neçə dəfə dəmir yolunun üst quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə baxış keçirir, istidən öz-özünə alovlanma baş verməsin deyə, quru otlar təmizlənir. Sərnişin Daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. reysə çıxmazdan sərnişin vaqonlarının soyuducu sistemi bir daha yoxlanır, beynəlxalq və «Ekpress» tipli qatarlarda yol boyu sərnişinlərə sərinləşdirici içkilər təklif olunur. Eyni zamanda vağzallardakı gözləmə zallarında kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.


Yay mövsümü ilə əlaqədar olaraq iyulun 1-dən 38-37 saylı Bakı-Tbilisi sürət qatarına da vaqon-restoran qoşulub.
# 585

Oxşar yazılar