6 ayda DSMF əlavə olaraq 98 010 vətəndaş üçün fərdi hesab açıb
11 iyul 2011 12:35 (UTC +04:00)

6 ayda DSMF əlavə olaraq 98 010 vətəndaş üçün fərdi hesab açıb

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a bildirilib ki, cari ilin 6 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 98 010 vətəndaşa sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. Nəticədə 01.07.2011-ci il tarixə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1898 462 nəfərə çatıb. Sığortaolunanların 55,8 faizi kişi, 44,2 faizi isə qadındır.


Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 25 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,7 faizini 30 yaşa kimi vətəndaşlar, 22,6 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 21,1 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 9,6 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.


Hazırda DSMF tərəfindən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq fərdi uçotun tətbiq dairəsinin genişləndirilməsi üçün müvafiq tədbirlər davam etdirilməkdədir. Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi şəxsir hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
# 536

Oxşar yazılar