“Pul nişanlarının ekspertizasının təşkili və aparılması” - FOTO
12 iyul 2011 12:51 (UTC +04:00)

“Pul nişanlarının ekspertizasının təşkili və aparılması” - FOTO

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Azərpoçt” MMC-nin maliyyə xidmətləri həyata keçirən əməkdaşlarının pul nişanları sahəsində nəzəri və praktiki biliklərinin artırılması məqsədi ilə “Pul nişanlarının ekspertizasının təşkili və aparılması” mövzusunda seminar keçirib.

Bankın mətbut xidmətindən Lent.az-a bildirilib ki, seminarda milli valyuta - manatın mühafizə fəlsəfəsi və mühafizə elementləri haqqında məlumat verilib. Daha sonra əhalidən yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi qaydaları müzakirə edilib. Qeyd olunub ki, əhalidən ödənişlər üçün pul nişanlarının qəbulu və dəyişdirilməsi Mərkəzi Bank haqqında qanun və Mərkəzi Bankın “Bank sistemində pulların ekspertizasının təşkili və aparılması Qaydaları”na əsasən həyata keçirilməlidir.


Mərkəzi Bankın nağd pul bloku və “Azərpoçt” MMC-nin nümayəndələri iştirakçıları maraqlandıran suallara cavab verdikdən sonra seminar praktiki hissə ilə yekunlaşıb.
# 775

Oxşar yazılar