DəmirBank-ın yeni “Şəmkir” şöbəsi fəaliyyətə başlayıb
Şəmkir şəhəri, Nizami küçəsi 69a ünvanında yerləşən “Şəmkir” şöbəsi fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. “Şəmkir şəhərində yeni şöbənin açılışı bizim üçün, eləcə də müştərilərimiz və bölgənin əhalisi üçün əlamətdar hadisədir. Keyfiyyətli bank xidmətinin göstərilməsi üçün şöbədə zəruri şərait yaradılıb. Şöbə müştərilərə hesablaşma-kassa, əmanətlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər göstərir” – deyə İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.
Yeni şöbənin açılması ilə DəmirBank-ın xidmət şəbəkəsi 31 filial və şöbədən ibarətdir. Onlardan 13-ü Bakıda, 18-i isə müxtəlif regionlarda – Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.
Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Oxşar yazılar

“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08