Bazarda mənşəyi məlum olmayan kabellər aşkarlanıb
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 8A ünvanında “Güllübulaq” MMC-yə məxsus mağazada aparılan yoxlama zamanı “Pamukkale kablo” adlı elektrik kabel və naqillərin mənşəyini təsdiq edən sənəd və uyğunluq sertifikatı olmadan satıldığı aşkarlanıb.
Həmin elektrik kabel və naqillərinin etiketində Azərbaycan dilində müvafiq məlumatların göstərilmədiyi də müəyyən edilib. Aşkar olunmuş pozuntularla əlaqədar, mağazada aşkar edilmiş saxta 4,6 min metr elektrik naqilləri qanuna müvafiq tədbirlər görülənədək satışdan çıxarılaraq məsul saxlanmaya götürülüb. Araşdırmalar davam etdirilir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 110 ünvanında “Şok Elektro” MMC-yə məxsus mağazada aparılan yoxlama zamanı isə etiketində “Plastik izolyasiyalı kabel” yazılmış kabellərin, “Tocson Kablo” adlı elektrik kabel və naqillərinin mənşəyini təsdiq edən sənəd və uyğunluq sertifikatı olmadan satıldığı, habelə həmin elektrik kabel və naqillərinin etiketində istehsalçı barədə məlumatların göstərilmədiyi müəyyənləşdirilib. Aşkar olunmuş pozuntularla əlaqədar, mağazada aşkar edilmiş saxta 2,1 min metr elektrik kabel və naqilləri qanuna müvafiq tədbirlər görülənədək satışdan çıxarılaraq məsul saxlanmaya götürülüb. Araşdırmalar davam etdirilir.

Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49