Sosial şəbəkə internet nəhənginə 2 həftədə 20 milyard dollar qazandırıb
15 iyul 2011 03:12 (UTC +04:00)

Sosial şəbəkə internet nəhənginə 2 həftədə 20 milyard dollar qazandırıb

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səhmdarlar “Google”-nin yeni layihəsini uğurlu hesab edərək şirkətə yönəltdikləri investisiyaların həcmini artırıblar.


Sosial şəbəkənin iki həftədən də az müddətdə fəaliyyəti ərzində internet-korporasiyanın kapitallaşma dəyəri 20 milyard dollaradək yüksəlib. İyunun 27-də, yəni “Google+” servisinin istifadəyə verilməsindən bir gün qabaq, şirkətin NASDAQ birjasında bir qiymətli kağızının dəyəri 482,80 dollar təşkil edib. Ötən həftə ərzində isə bir “Google” səhminin qiyməti 546,60 dollaradək artıb.


Xatırladaq ki, tərtibatçılar hesab edirlər ki, iyunun sonunda təqdim edilmiş “Google Plus” sosial şəbəkəsi “Facebook”-la rəqabət aparmalıdır. “Google Plus”-un ən əsas üstünlükləri sırasında istifadəçilər üçün gizlilik parametrlərinin rahat qurulması, dostların ayrı-ayrı qruplara (circles – dairələr) bölünməsi, eləcə də hər bir bu cür “dairə” üçün spesifik çıxış hüquqlarının verilməsi imkanlarını qeyd etmək olar. Sosial şəbəkədə “Sparks” (“Qığılcımlar”) funksiyası təqdim olunub. Bu funksiyanın köməyi ilə istifadəçilər onları maraqlandıran mövzular üzrə informasiya tapa biləcəklər. Nəhayət, “Google Plus”-da “Hangouts” qrup videokonfransları funksiyası da mövcuddur. Hazırda internet-şirkətin sosial şəbəkəsi test rejimində fəaliyyət göstərir və burada qeydiyyat yalnız elektron poçt vasitəsilə xüsusi göndərilmiş dəvətlər üzrə aparılır.
# 533

Oxşar yazılar