Neft bahalaşıb
20 iyul 2011 12:12 (UTC +04:00)

Neft bahalaşıb

Dünya bazarında neftin qiyməti yenidən bahalaşıb. Lent.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət ABŞ-da müsbət iqtisadi statistika fonunda artıb.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin qiyməti 1,57 dollar qalxaraq 97,50 dollara çatıb. Londondakı “ICE” birjasında isə Brent markalı neft 1,01 dollar yüksələrək 117,06 dollar olub.
# 522

Oxşar yazılar