
ARDNŞ-də yeni idarə yaradıldı
Lent.az-ın qurumun saytına istinadən xəbərinə görə, TTSİ Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin və Xəzər Dəniz Neft Donanmasının Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinin maddi-texniki bazası əsasında fəaliyyət göstərəcək.
Yeni yaradılmış idarə sazişlər əsasında neft sənayesi və respublikanın digər sənaye sahələri üçün yüksək ixtisaslı fəhlə kadrlarının hazırlanmasını, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində qurulmasını, sənayenin və cəmiyyətin ehtiyaclarını ödəyən yüksək keyfiyyətli təlimlərin təşkilini, sertifikatlaşdırma və beynəlxalq standartların nəzəri əsaslarının həyata keçirilməsində metodiki və texniki xidmətlərin göstərilməsini, o cümlədən dəniz neftçilərinə beynəlxalq müqavilələr əsasında standartlara uyğun təlimlərin aparılmasını və təkmilləşdirilməsini həyata keçirir. İdarə peşə-ixtisas təhsili müəssisələrində ayrı-ayrı peşələr üzrə yeni fəhlə kadrların, ARDNŞ-nin mühəndis-texniki işçilərinin tələb olunan səviyyədə yenidən hazırlanmasını, şirkətin müəssisə və təşkilatlarına işə qəbul olunanların əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə təlimatlandırılmasını, müəssisə və təşkilatlarda çalışan qaynaqçıların attestasiyası və beynəlxalq standartlara uyğunlaşdırılması proqramının tərtib edilməsini, kurslara cəlb edilmiş mühəndis-texniki işçilərin, attestasiyadan keçirilən qaynaqçıların, dalğıcların, matrosların və dəniz neftçilərinin sertifikatlaşdırılmasını təmin edəcək, beynəlxalq standartların nəzəri əsaslarının hazırlanması və həyata keçirilməsində ARDNŞ-nin müəssisələrinə texniki yardımların göstərilməsinin təşkili, həmçinin tabeliyində olan peşə-ixtisas təhsili müəssisələrində təhsil qanunvericiliyinin icrasına nəzarəti yerinə yetirəcək.
Onu da qeyd edək ki, ARDNŞ prezidentinin əmri ilə Fuad Süleymanov Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi təyin olunub.
Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49