«Oriflame» Azərbaycanda istehlakçıların hüquqlarını pozub
Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Q.Qarayev prospekti, 61c ünvanında fəaliyyət göstərən «Oriflame» şirkətində parfüm və kosmetik vasitələrin saxlanılması və satışının qanunauyğunluğu vəziyyəti araşdırılarkən məhsulların təbliği, qablaşdırılması və satışı zamanı istifadə olunan bütün reklam daşıyıcılarında haqsız və qeyri-dəqiq reklama, habelə istehlakçıların hüquqlarının məhdudlaşdırılmasına və pozulmasına yol verildiyi müəyyən edilib. Belə ki, məhsulların reklamı zamanı müvafiq təsdiqedici sənədlər olmadan məhsulların təbii xammaldan hazırlanması və İsveç məhsulu olması barədə «təbii İsveç kosmetikası» və «natural Swedish cosmetics» sözlərindən, həqiqətə uyğun olmayan «30% miqdarında dərhal gəlir əldə edin» ifadəsindən, eləcə də müvafiq təsdiqedici sənədlər olmadan «ən» terminindən istifadə edildiyi müəyyən edilib.
Bundan başqa, məhsulların dəyərinin ödənilməsi ilə bağlı istehlakçıların sərbəst seçim hüququnun məhdudlaşdırıldığı, şirkətin internet saytında qeyri-nağd qaydada ödənişinin yalnız bir bank vasitəsi ilə aparılması tələbi qoyulmaqla bir banka rəqabətdə əsassız üstünlük verildiyi aşkar edilib.
Eyni zamanda, istehlakçıların zəmanət hüquqları təmin edilməyib, əksər məhsulların markalanmasında məhsulların istifadə qaydalarına dair məlumatlar və məhsullara dair qiymət vərəqələrində Azərbaycan dilində məlumatlar verilməyib, qiymətlərə endirim tətbiqi zamanı kataloqlarda məhsulların əvvəlki qiymətləri barədə düzgün olmayan məlumatlar göstərilməklə istehlakçıların çaşdırılması hallarına yol verildiyi müəyyən edilib.
Məhsulların satışı ilə məşğul olan məsləhətçilərin hüquqları məhdudlaşdırılıb, onlara məhsulları yalnız şirkət tərəfindən müəyyən edilmiş qiymətlərlə satacaqlarına dair məcburi öhdəliklər tətbiq edilib, müqavilələrdə şirkətə qanunla tənzimlənməyən birtərəfli qaydada üstünlüklər verilib.
Aşkar olunmuş qanun pozuntularının aradan qaldırılmasına dair Dövlət Xidməti tərəfindən «Oriflame» şirkətinə icrası məcburi göstəriş verilib.

Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49