Bir sıra dövlət qurumlarının borcları silindi
Lent.az-ın qurumun rəsmi saytına istindən xəbərinə görə, "Azərsu" ASC-nin 2011-ci il fevralın 1-nə olan kreditor borcları silinib. Həmçinin, "Bakıelektrikşəbəkə" ASC-nin balans və balansarxası hesabları üzrə - 83,0 milyon manat borcu da ləğv edilib. Bundan əlavə, "Sumqayıtelektrikşəbəkə"nin 64,1 milyon manat, "Azərenerji"nin 9,3 milyon manat, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 65,6 milyon manat borcları silinib.
Nazirlər Kabineti Maliyyə Nazirliyinə və "Azərsu" ASC-yə tapşırıb ki, "Azərsu" ASC-nin elektrik enerjisinə görə olan borclarının xəzinə vekselləri vasitəsilə ödənilməsi nəticəsində yaranan 56,5 milyon manat, habelə həmin Cəmiyyətin Dövlət zəmanəti ilə alınan borcların Təminat Fonduna ödənilməli olan 3,8 milyon manat borclarının nizamnamə kapitalına yönəldilməklə silinməsini təmin etsin.
Eyni zamanda, "Azərsu" ASC tərəfindən Dünya Bankından, Asiya İnkişaf Bankından, Almaniyanın KFW Bankından, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən və digər banklardan dövlət zəmanəti ilə alınmış kreditlərə görə 11,9 milyon manat məbləğində öhdəliklərin 2011-2013-cü illər ərzində Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondundan qaytarılması ilə bağlı müvafiq tədbirlər görülməsi də qərarda öz yerini alıb.
"Bakıelektrikşəbəkə" ASC-nin "Azərenerji" ASC-yə 2011-ci il fevralın 1-nə olan balans və balansarxası hesablar üzrə 83,0 milyon manat kreditor borclarının silinməsi də nəzərdə tutulub.
Borcları silinən "Bakıelektrikşəbəkə" ASC-nin "Azərenerji" ASC-yə olan 83,0 mln. manat, "Azərsu" ASC-nin "Azərenerji" ASC-yə olan 9,3 mln. manat borcuna müvafiq olaraq, Maliyyə Nazirliyi və "Azərenerji" ASC arasında bağlanmış borc sazişləri üzrə "Azərenerji" ASC tərəfindən dövlət büdcəsinə ödənilməli olan 92,3 milyon manat məbləğində borc da silinib.
Vergilər Nazirliyinə bir ay müddətində "Azərsu" ASC-nin əvvəlki illərdə yaranmış və Vergi Məcəlləsində müəyyən edilmiş ödənilmə müddətləri ötmüş vergi borclarının, faizlərin, maliyyə sanksiyalarının silinməsini təmin etməsi və bu barədə Nazirlər Kabinetinə məlumat verməsi tapşırılıb.
Qərara əsasən, borcları silinən müəssisə və təşkilatlarda kompensasiya məbləği dəyişdiyindən, bu borc məbləği üzrə əlavə dəyər vergisi öhdəliklərinin ləğv edilməsi məqsədi ilə əvvəlki dövrlərdə bəyan edilmiş əlavə dəyər vergisi dövriyyələrində müvafiq dəqiqləşmələri nəzərə alınacaq.
Vergilər Nazirliyi "Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq, 2011-ci il fevralın 1-nə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə "Azərsu" ASC-yə 294,2 milyon manat məbləğində olan borclarının silinməsi zamanı kompensasiya məbləği dəyişdiyindən, bu borc məbləği üzrə əlavə dəyər vergisi öhdəliklərinin ləğv edilməsi məqsədi ilə əvvəlki dövrlərdə bəyan edilmiş əlavə dəyər vergisi dövriyyələrində müvafiq dəqiqləşmələri də nəzərə alınacaq.
Borcları silinən müəssisə və təşkilatlara özlərinin və tabeliklərindəki qurumların mühasibat uçotu sənədlərində müvafiq qeydlər edilməsi və borclarının silinməsi nəticəsində əldə etdikləri gəlirlərinə qanunvericiliyə uyğun vergiləri hesablayaraq, dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi tapşırılıb.
Silinmiş debitor borcları üzrə hesablanmış penyanı və cərimə məbləğlərinin ləğv edilməsi də nəzərə çatdırılıb.
Qərar imzalandığı gündən qüvvəyə minir.

Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49