Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinə müdiriyyət təyin edildi
11 avqust 2011 11:40 (UTC +04:00)

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinə müdiriyyət təyin edildi

Azərbaycan Respublikasının Nazirlər Kabineti Nəqliyyat Nazirliyinin nəzdində təsərrüfat hesablı tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyətinin yaradılması haqqında qərar qəbul edib.

Lent.az-ın Nazirlər Kabinetinə istinadən məlumatına görə, Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyinə qərardan irəli gələn məsələləri həll etmək tapşırığı verilib.

Qeyd edək ki, qərar "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi haqqında" Azərbaycan Respublikası prezidentinin Sərəncamına və nəqliyyat əlaqələrinin genişləndirilməsi, tranzit imkanlarının gücləndirilməsi və artan yük daşımalarının təmin edilməsi məqsədi ilə Nəqliyyat Nazirliyi tərəfindən Qaradağ rayonunun Ələt qəsəbəsində inşa edilən "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi"nin vaxtında və yüksək keyfiyyətlə tikilib istifadəyə verilməsinə, aparılan tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılan vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həllinin təmin edilməsi məqsədi ilə imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1262

Oxşar yazılar