Bakıda əmlak məsələlərinə dair beynəlxalq konfrans keçiriləcək
Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə 6-7 oktyabr tarixlərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş “Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının və milli məkan məlumatları infrastrukturunun rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda 2 gün davam edəcək konfransda daşınmaz əmlakın qeydiyyatı, kadastrı və məkan məlumatları infrastrukturu sahələrində Avropa, MDB, Baltikyanı və digər ölkələrin dövlət orqanlarının nümayəndələri, alimlər, ekspertlər, praktiki işçilər, İT mütəxəssisləri və özəl sektorun nümayəndələri iştirak edəcəklər.
Konfransda daşınmaz əmlakın vahid kadastrı və milli məkan məlumatları infrastrukturuna dair beynəlxalq təcrübə, institusional və qanunvericilik aspektləri, bu sahədə inkişafa dair konsepsiya təklifləri, ölkəmizin bu istiqamətdə regionda aparıcı mövqeyinin qərarlaşması məsələləri müzakirə olunacaq. Konfransda Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində praktiki fəaliyyətlər, Avropa Şurasının NSDI və INSPIRE təşəbbüslərinə uyğunlaşma, “Kadastr 2014” məqsədləri aspektində yanaşmanın təhlil edilməsi, daşınmaz əmlakın kadastr qiymətləndirilməsi məsələləri, daşınmaz əmlakın qeydiyyatı və kadastrı üzrə elektron xidmətlərin göstərilməsi məsələlərinə diqqət yetiriləcək.
Müasir əmlak idarəçiliyində şəffaf və çevik informasiya əlaqələrinin yaradılması, vətəndaşlara və hüquqi şəxslərə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması zəruriliyi nəzərə alınaraq, əmlak qeydiyyatı sistemlərinin inkişafında, məkan məlumat infrastrukturunun yaradılmasında və inkişaf etdirilməsində informasiya texnologiyalarının rolu qiymətləndirilərək tədbirdə aktual məsələlərin müzakirəsi nəzərdə tutulur. Konfransın sonunda bu mövzulara dair beynəlxalq və xarici ölkələrin təcrübələrinin təhlili əsasında Azərbaycan üçün məqbul ola bilən inkişaf konsepsiyası üzrə təkliflər hazırlanacaq.

Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29