İqtisadi İnkişaf Nazirliyi tərəfindən Korporativ Etika Məcəlləsi hazırlanıb
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, kommersiya təşkilatlarının korporativ idarə edilməsinin təkmilləşdirilməsinə yardımçı olmaq, təşkilatların fəaliyyətinin keyfiyyətcə yaxşılaşdırılmasına köməklik göstərmək məqsədilə yaradılmış Korporativ Etika Məcəlləsi İqtisadi İnkişaf Nazirliyinin “www.economy.gov.az” saytında yerləşdirilib.
Məcəllədə şirkətin uzunmüddətli və qısamüddətli məqsədi, vacib hesab etdiyi qlobal dəyərlər, tərəfdaşlarla münasibətlər, əməkdaşların şirkət daxilində davranış qaydaları kimi məsələlər öz əksini tapıb. Sənədin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin nüfuzlu şirkətlərinin bu sahədəki təcrübəsi öyrənilib, Korporativ Etika Məcəlləsinin tətbiqinin müəssisədə yaradacağı üstünlüklər araşdırılıb.
Dünya təcrübəsi göstərir ki, tətbiq edilməsi tövsiyə xarakterli olan Korporativ Etika Məcəlləsi şirkətlərin yüksək etibarlılıq əldə etməsində, qeyri-etik davranışa malik olan əməkdaşlardan və tərəfdaşlardan müdafiə olunmaqda, professional fəaliyyətə, yüksək məhsuldarlığa və rəqabət üstünlüklərinə nail olmaqda, daha çox kapital qoyuluşu, kredit və xarici sərmayələrin cəlb edilməsində, həmçinin şirkətlərin beynəlxalq səviyyədə tanınmasında əhəmiyyətli rola malikdir. Bu baxımdan, ölkəmizdə fəaliyyət göstərən şirkətlərə Korporativ Etika Məcəlləsindən istifadə tövsiyə edilir.

Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29