Nazir: Batuma 50 min azərbaycanlı turist gəlib”
“Son illər Azərbaycanla əlaqələrimiz möhkəmlənir. Acarıstanda bir neçə Azərbaycan şirkəi turizmin inkişafında bizə kömək edir, otellər tikirlər”. Bunu APA-ya açıqlamasında Acarıstanın iqtisadiyyat və maliyyə naziri Vaja Bolkvadze deyib.
Onun sözlərinə görə, indi Batum şəhərinin qazlaşdırılması həyata keçirilir. “Bu işi SOCAR görür. Bizim eyni zamanda Azərbaycan biznes adamları ilə sıx əlaqəmiz var. Batumda 170 min, ümumilikdə Acarıstanda 400 min nəfər əhali yaşayır. Son illər paytaxt şəhərimiz xarici investisiyanın köməyi ilə inkişaf edir. Bu sahədə Azərbaycanın xüsusi çəkisi var. Şəhərdə gündən-günə bir-birindən gözəl tikililər ucaldılır. Şəhərin inkişafına dövlət də büdcədən vəsait ayırıb və indi kommunikasiya işləri getdikcə sürətlənir. Biz bu vacib sosial məsələlərin üzərində işləyirik. Təxminən iki il sonra Batum gözəl və yaraşıqlı olacaq”.
Acar nazir bu bölgədə turizmin də inkişaf etdiyini, Azərbaycandan gələn turistlərin sayının artdığını vurğulayıb: “Keçən il regiona 800 minə qədər turist gəlib. Bu il biz 1. 400 min turist gözləyirik. 2009-cu ildə Acarıstana gələn Azərbaycan turistlərinin sayı 12 min idi. İndi avqust ayıdır, turizm hər gün sürətlə inkişaf edir. Hələlik regiona 50 minə qədər azərbaycanlı turisti gəlib. Bölgəmizdə turizm çox tez inkişaf edir və biz onlar üçün hər cür şərait yaradırıq”.

Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29