Qabor Sorenyi: “Azərbaycanda benzin çox ucuzdur”
“Bakı küçələrində avtomobillərin yaratdığı tıxac Azərbaycanda benzinin çox aşağı qiymətə satılması ilə bağlıdır”. “APA-ECONOMICS”in məlumatına görə, bu barədə Azərbaycanda səfərdə olan Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının sədri Qabor Sorenyi bildirib.
Onun sözlərinə görə, Bakıda əhali çox benzin işlədən iri maşınlar sürməyə üstünlük verir: “Dünən İçərişəhərə gedərkən taksi tutdum, onunla yarım saat yol getdim. Bəlkə də həmin yolu ayaqla getsəydim, daha tez çatardım. Burada benzinin qiyməti çox aşağıdır və hamı böyük maşınlar sürməyə meyllidir. Ona görə də Bakıda maşın çoxdur və tıxac yaranır”.
Q.Sorenyi qeyd edib ki, Azərbaycanda tarif siyasəti çox ehtiyatla həyata keçirilir: “Belə ki, ölkədə qısamüddətli və uzunmüddətli məqsədlər nəzərə alınır. Bir tərəfdən abonentlərin məqsədləri nəzərə alınır ki, tariflər enerji almağa imkan versin, digər tərəfdən isə enerji tarifləri elə müəyyənləşdirilir ki, bu, həmin işlə məşğul olan müəssisələr üçün gəlirli bir iş olsun. Bu məsələdə məişət abonentləri ilə yanaşı, sənaye obyektləri də nəzərə alınmalıdır”.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28