Dövlət Neft Fondu 30 ton qızıl alacaq
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yeni investisiya alətlərinə vəsait yatırılması proqramı nəticəsində qarşıdakı iki il ərzində 30 ton qızıl alacaq. ARDNF-dan “APA-ECONOMICS”ə verilən məlumata görə, qızıl 2 il ərzində hər həftə artırılacaq.
Artıq bu il fevralın 1-dən etibarən qızılın alınmasına başlanıb, Həftədə 25 qızıl külçə və ya 10 min unsiya qızıl alınır. İyul ayının 1-nə qədər 6847 kq və ya 220 146 unsiya qızıl alınaraq investisiya portfelinə daxil edilib.
Qızılın müvəqqəti saxlanma yeri kimi bu sahədəki təcrübələri və saxlanma xərcləri nəzərə alınaraq “JP Morgan” bankının London anbarı seçilib. İlin sonunadək əlavə 240 min unsiya və ya 7,5 ton qızılın alınması nəzərdə tutulur. Eyni zamanda fondun bu günədək alınmış qızıl ehtiyatlarından əlavə gəlirlilik əldə edilməsi məqsədilə həmin ehtiyatların bir hissəsi hazırda beynəlxalq maliyyə bazarlarında fəaliyyət göstərən nüfuzlu banklarda qısamüddətli depozitlərdə yerləşdirilib.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28