Azərbaycanda ilk dəfə polipropilen istehsal ediləcək
“Azərikimya” İstehsal Birliyində hazırda yeni layihələrin həyata keçirilməsi ilə bağlı texniki hazırlıq işləri aparılmaqdadır”. Lent.az-ın məlumatına görə, bunu yap.org.az saytına müsahibəsində qurumun baş direktoru Muxtar Babayev bildirib.
M. Babayevin sözlərinə görə, artıq xaricdən polipropilen qurğusunun alınması və quraşdırılması üçün müvafiq müqavilə bağlanıb. Yeni qurğunun yaxın gələcəkdə istismara verilməsi ilə Azərbaycanda ilk dəfə çox qiymətli bir məhsul kimi dünyada tələbatın olduqca yüksək olduğu polipropilen istehsal ediləcək: “İllik istehsal gücü 200 min ton olacaq texnoloji xəttin sayəsində propilenin xaricə sadəcə xammal kimi, emal olunmadan ixracının, həmçinin respublikamızın polipropilendən hazırlanan müxtəlif məişət əşya və məmulatlarının idxalının qarşısı xeyli alınmış olacaq, onların bilavasitə Azərbaycanda hazırlanması üçün əlverişli imkan və şərait yaradılacaq”.
Baş direktor onu da bildirib ki, aşağı təzyiqli polietilen istehsalı qurğusunun inşası ilə əlaqədar hazırda məsləhətləşmələr aparılır və yaxın gələcəkdə bu məsələ də yəqin ki, öz müsbət həllini tapacaq.

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28