"Azəriqaz"da növbəti görüş Mingəçevirdə  OLACAQ
06 fevral 2023 17:24 (UTC +04:00)

"Azəriqaz"da növbəti görüş Mingəçevirdə OLACAQ

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Lent.az xəbər verir ki, SOCAR “Azəriqaz”ın KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Mingəçevir şəhərində görüşü təşkil olunacaq.

Aksiya Mingəçevir Gənclər Evində baş tutacaq. “Səyyar qəbul otağı” fevral ayının 9-da saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

# 1431
avatar

Fidan İlqar

Oxşar yazılar