Daha 10 ünvanda  minib-düşmə yerləri   quraşdırıldı
26 avqust 2026 14:25 (UTC +04:00)

Daha 10 ünvanda minib-düşmə yerləri quraşdırıldı

0

Paytaxtda tibb və sosial xidmət müəssisələrinə gələnlər üçün rahat şəraitin yaradılması istiqamətində işlər davam etdirilir. Daha 10 ünvanda minib-düşməni həyata keçirmək üçün yer və taksilər üçün duracaq təşkil olunub.

AYNA-dan Lent.az-a bildirilib ki, bu məqsədlə bəzi parklanma yerləri ləğv olunaraq “3.28” – “durmaq qadağandır”, “5.14” – “minik taksilərinin duracaq yeri” nişanları və xüsusi hərəkət zolağında məlumat lövhələri quraşdırılıb.

Yeni minib-düşmə yerlərinin təşkil olunduğu ərazilər aşağıdakılardır:

Cavadxan küçəsi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısı (minib-düşmə yeri);

İsmayıl bəy Qutqaşınlı küçəsi, 1 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);

Heydər Əliyev prospekti, 3 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə yeri);

Ziya Bünyadov prospekti, 4 saylı Bakı DOST Mərkəzinin qarşısı (avtobus zolağında minib-düşmə yeri);

Abbas Mirzə Şərifzadə küçəsi, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı (minib-düşmə yeri);

9-cu köndələn küçəsi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin yanı (minib-düşmə yeri);

Hüseynbala Əliyev küçəsi, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığı (minib-düşmə yeri);

Süleyman Sani Axundov küçəsi, metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığı (minib-düşmə yeri və taksi duracağı);

Füzuli küçəsi, “28 Mall”un yanı (minib-düşmə yeri);

Şəmsi Bədəlbəyli küçəsi, “28 Mall”un yanı (avtobus zolağında minib-düşmə yeri). 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar