Bu dəfə işıqsız qalmaq  Bakını və bu rayonun bir hissəsinin qismətinə düşdü
20 iyul 2026 10:17 (UTC +04:00)

Bu dəfə işıqsız qalmaq Bakını və bu rayonun bir hissəsinin qismətinə düşdü

0

Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri ilə əlaqədar iyulun 20-də saat Bakının Elşən Süleymanov küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə Lent.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, həmçinin Astara Elektrik Şəbəkəsinə (EŞ) daxil olan 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan 35 kV-luq "Lovayın" hava xəttində təmir işləri həyata keçiriləcək. Planlı fasilə saat 15:00-dan 16:00-dək Astaranın Pensər, Kakalos, Şahağacı, Lovain, Siyaku, Hamoşam, Toradi, Təngərud, Çayoba kəndlərinin bir hissəsini əhatə edəcək.

"Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək", - məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 900

Oxşar yazılar