"Nissan"ın keçmiş zavodu 1 avroya  satıldı
07 fevral 2023 15:21 (UTC +04:00)

"Nissan"ın keçmiş zavodu 1 avroya satıldı

Yapon avtomobil istehsalçısı “Nissan”ın Rusiyanın Sankt-Peterburq şəhərindəki keçmiş zavodu “AvtoVAZ” avtomobil konserninin mülkiyyətinə keçib.

Lent.az yerli mediaya istinadla bildirir ki, müəssisənin alınması üzrə sövdələşmə bir avro təşkil edib. Bu barədə şirkət öz saytındakı press-relizdə məlumat verib.

Belə ki, hazırda şirkətin aktivlərinin 99 faizi “AvtoVAZ”a məxsusdur və bir faizi “FSUE NAMI”nin təmsil etdiyi dövlətdə qalır. Təşkilat zavodu da simvolik qiymətə “Nissan”dan alıb. Müqavilənin şərtlərinə görə, yapon şirkəti aktivləri geri almaq opsiyasına malikdir. Opsion altı il ərzində həyata keçirilə bilər. Lazımi sənədlərin imzalanmasından əvvəl zavodun alınması ilə bağlı sövdələşmə hökumət tərəfindən təsdiqlənib.

Hazırda “AvtoVAZ” nəinki müəssisədə istehsalı bərpa etmək, həm də zavodda avtomobil istehsalının lokallaşdırılması səviyyəsini yüksəltmək niyyətindədir.

# 1554
avatar

Oxşar yazılar