2014-cü ildə neft fondundan dövlət büdcəsinə ayrılma 2 milyard manat və yaxud 17,7 faiz azalacaq.
	
	Lent.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bugünkü iclasında parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
	
	O bildirib ki, bu dövlət büdcəsində qeyri-neft sektorunun payının artmasının göstəricisidir. Onun sözlərinə görə, gələn il dövlət büdcəsində qeyri-neft sektorunun payı 30,8 faiz artacaq.
	
	Komitə sədri bildirib ki, bu, ölkənin maliyyə riskinin azalmasına gətirib çıxaracaq.
Z.Səmədzadə onu da qeyd edib ki, gələn il həmçinin, dövlət büdcəsində ÜDM-nin da payı artacaq.