Azərbaycanda 3 manatlıq əskinasın buraxılması təklif edilib.
	
	Lent. az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Yevda Abramov çıxış edib. O bildirib ki, 5 manatlıq əskinasın xırdalanması çətin olduğu üçün daha kiçik - 3 manatlıq əskinasın buraxılmasına ehtiyac var: “5 manatlığın xırdalanması və başqa pullarla dəyişdirilməsi müəyyən problemlər yaradır”.
	
	Deputatın sözlərinə görə, daha iri rəqəmli əskinas ənənəyə uyğun olaraq, yığıldığı üçün kiçik rəqəmli əskinasın çap edilməsinə zərurət yaranır.