”Müəllimlərin maaşının növbəti illərdə 800-1000 manata qaldırılması ilə bağlı addımlar atılmalıdır”.
Lent. az-ın məlumatına görə, bu sözlər Milli Məclisin bugünkü iclasında deputat Əli Məsimli deyib. O bildirib ki, dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaiti Ümumi Daxili Məhsulun 5 faizi həcminə qədər artırmaqla müəllimlərin maaşlarını da orta aylıq əmək haqqından yüksəyə qaldırmaq mümkündür: “İndi təhsilə ayrılan vəsait Ümumi Daxili Məhsulun 1,7 faizi həcmindədir. Ölkədə məktəb direktorları 300 manatdan çox maaş almırlar. Ancaq təhsilə ayrılan vəsaiti ÜDM-nin 5 faizi həcminə qaldırmaqla müəllimlərin maaşlarını 800 manata qədər artırmaq olar”.
Deputatın sözlərinə görə, bu artımı birdəfəyə həyata keçirmək mümkün deyil, ancaq mərhələ-mərhələ bunu reallaşdırmaq mümkündür: “Müəllimlərin maaşlarını əvvəlcə orta aylıq əmək haqqı səviyyəsinə, daha sonra isə təhsil sahəsinə ayrılan vəsaiti bir qədər də artırmaqla onların maaşlarını orta əmək haqqından da yüksək səviyyəyə çıxarmaq olar”.

Müəllimlərin maaşları 800-1000 manat ola bilər
Oxşar yazılar

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir
6 may 2025 , 17:10
“TechFront” akademiya-sənaye görüşü keçirildi
6 may 2025 , 10:09
"Azercell"dən “Bahar” kampaniyası
5 may 2025 , 17:33
“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olunub
5 may 2025 , 14:37“Azərlotereya” “Bakı Marafonu-2025”də -FOTOLENT
5 may 2025 , 14:01
“BU ENDİRİMLƏR BİR DAHA OLMAYACAQ”: Tam 7 gün hər kəs Tamstore-dən danışacaq
5 may 2025 , 10:52
Qəhvəyi yumurtaların satışı dayandırılır - SƏBƏB
3 may 2025 , 08:05