Bu gün Azərbaycan prezidenti İlham Əliyev 110/35/10 kilovoltluq yeni “Gədəbəy” elektrik yarımstansiyasının açılışında iştirak edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlət başçısına yeni yarımstansiyada görülən işlər barədə məlumat verib. Bildirilib ki, Gədəbəy rayonuna indiyədək elektrik enerjisi istismar müddətini başa vurmuş birdövrəli 35 kilovoltluq hava xətti ilə verilib. Bu isə rayonun ümumi inkişaf tempinə cavab verməyib. Hətta bəzi obyektlərin, o cümlədən qızıl mədənlərinin elektrik enerjisi ilə təchizatı generatorlar vasitəsilə həyata keçirilib. Görülmüş işlər nəticəsində Gədəbəy rayonunda perspektiv tələbat da nəzərə alınmaqla müvafiq güc mənbələri yaradılıb. 110/35/10 kV-luq “Gədəbəy” yarımstansiyasından əlavə 35/10 kV-luq “Gədəbəy” adlı digər bir yarımstansiya yenidən qurulub. İkidövrəli 110 kV-luq Zəyəm-Gədəbəy hava xətti çəkilib. 35/10 kV-luq “Gədəbəy” yarımstansiyasında 6,3 MVA gücündə transformatorlar quraşdırılıb, köhnə tipli 40 transformator məntəqəsi yeni transformator məntəqələri ilə əvəz edilib. Görülən işlərin davamı olaraq 10 kV-luq İsalı və Göyəlli hava xətlərində istismara yararsız dirəklər yeni metal dirəklərlə əvəzlənib. Həmçinin rayon üzrə istismara yararsız 1284 sayğac dəyişdirilib, 996 yeni sayğac quraşdırılıb. Gədəbəy rayonunun elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi, güc qıtlığının aradan qaldırılması, inkişafda olan sosial-iqtisadi infrastrukturun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün tikilən yeni “Gədəbəy” yarımstansiyası 21 min abonentə xidmət edir. Yarımstansiyada 110 kV-luq açıq, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular inşa edilib. Bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlığı, elektron tipli avtomat rele mühafizəsi quraşdırılıb. Bu yarımstansiyanı qidalandırmaq üçün “Zəyəm” yarımstansiyasından 48 kilometr uzunluğunda 110 və 35 kV-luq birdövrəli hava xətləri çəkilib. Paralel olaraq Gədəbəy rayonunun böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən 35 kV-luq “Gədəbəy-Saratovka” hava xətti tam yenidən qurulub. Ümumilikdə “Gədəbəy” yarımstansiyasından 35 kV-luq “Saratovka” və “Mədən”, həmçinin 10 kV-luq “Söyüdlü”, “Arıxdam”, “Ticarət mərkəzi” hava xətləri çəkilib. 10 kV-luq hava xətləri isə 1795 abonentin elektrik enerjisi ilə təchizatını təmin edir. Prezident İlham Əliyev yarımstansiyanı işə salıb. Sonda xatirə şəkli çəkdirilib.
İQTİSADİYYAT
- Ana səhifə
- İQTİSADİYYAT
Prezident “Gədəbəy” elektrik yarımstansiyasını işə salıb
- DİQQƏT: Bu qəsəbələrdə qaz olmayacaq
- 32 marşrutun hərəkət istiqaməti dəyişdi - SİYAHI
- Sabah Qəbələnin bəzi kəndləri qazsız qalacaq
Oxşar yazılar
XƏBƏR LENTİ
00:29Elektrikli və hidrogenlə işləyən gələcəyin avtomobilləri Türkiyədə yarışacaq
00:05Ağdamda traktor minaya düşdü
23:42Timatinin qızı böyük filmdə baş rol aldı: reper ittihamlara cavab verdi
23:12“Beşiktaş” “Fənərbaxça”nı məğlub etdi: İKİNCİLİYƏ YÜKSƏLDİ
22:10“Möhtəşəm yüz il”in iki ulduzu illər sonra bir araya gəldi
21:31Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı
21:27Skuter üzərində iki nəfərin olması İNZİBATİ MƏSULİYYƏT yaradır? -VİDEO
21:20İranda yanacaq daşıyan sistern PARTLADI: 10 ölü, 6 yaralı var
20:35Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
20:30Sabahın hava proqnozu
20:15Orta əslərdə insanlar gecə iki dəfə yatırdılar - Birinci və ikinci yuxu nədir?
20:00Dostunu gözləməkdən bezib söydü, saxlanıldı - BALAKƏNDƏ
19:45Tramp Dünya Çempionatından əldə etdikləri gəliri AÇIQLADI
19:27Sarımsaqlı göbələk - 10 dəqiqəyə hazır RESEPT
19:10Mingəçevirdə 67 yaşlı kişi keçmiş sevgilisini parkda döydü - Dondurmaya GÖRƏ
19:03"Tariximizin üzərinə hansısa sözlərin yazılması yolverilməzdir" - Şuşada xidmət edən HƏRBÇİ
18:52Ən qonaqpərvər BÜRCLƏR
18:48"Renaissance Travel"in rəhbəri həbs edildi - YENİLƏNİB
18:40Xaçmazda öz evini yandıran kişi HƏBS OLUNDU
18:37Şuşanın qayaları: Xatirə yarat, amma yalnız ayaq izi burax!
18:35İnsan niyə yuxuda özünü hündürlükdən düşən görür?
18:17Gəncədə keçmiş sevgilisinin maşınının şüşələrini sındıran qadın CƏZALANDIRILDI
18:00Bu tapmacanın cavabını çoxları tapa bilmir – Son rəqəm nə olmalıdır?
17:51Bakıda nömrəsiz "Cruze"un sürücüsü həbs olundu
17:41Sentyabr-oktyabr aylarında 5 dəqiqə vaxt ayırın və qışda istilik xərclərinizi azaldın
17:24Plastik butulkalardan peçenye hazırladılar - Alimlərin yeni üsulu mübahisə yaratdı
17:06Canlı yayımda söyüş söyən iki uşaq anası SAXLANILDI
16:49İş adamı ər-arvadı öldürüb meyitlərini parçaladı
16:33Putin müvəqqəti atəşkəs elan etdi
16:30İran Trampa qarşı 1980-ci il taktikasından istifadə etmək istəyir - "Oktyabr sürprizi" nədir?
16:20Bakıda yarışa görə bağlanan yollar AÇILDI
16:17Bakıda qısqanc qadın ərindən belə qisas aldı - VİDEO - YENİLƏNİB
16:12Neymar 6 həftə oynamayacaq
16:00Güclü külək əsəcək - XƏBƏRDARLIQ
15:55Vuranda hər kəs adını soruşacaq - Payızın 5 ətri
15:38“Vaxtı gələndə danışacaq” deməyin - Nitq gecikməsi nə vaxt təhlükə siqnalıdır?
15:20Ərzaq qiymətlərində sürətli bahalaşma - Yeni REKORD
15:11Azərbaycanda yüksək vəzifəli şəxs ürəktutmadan öldü
15:03İsti çay soyuq sudan daha yaxşı sərinləşdirə bilər, amma şərtləri var...
14:45Ata oğlunu və gəlinini GÜLLƏLƏDİ
14:23“Varlı ata, kasıb ata”nın müəllifi 1,2 milyard dollarlıq borca düşdü
14:05Özünə ən ağır cəzanı xahiş edib həbs olundu - Azərbaycanda ŞOK MƏHKƏMƏ
13:484 uşaq anası olan arvadını və özünü küçədə öldürdü
13:32Alimlər ağ ayıların ilk dəfə nə vaxt peyda olduqlarını TAPDI
13:15İstifadə olunmuş çay paketlərini niyə soyuducuya qoymaq lazımdır?
12:58Hakim partiyanın deputatı avtomobilində GÜLLƏLƏNDİ
12:40Mourinyo "Real"ın məğlubiyyətinin günahını hakimlərdə gördü
12:36Bakıya yağış, rayonlara leysan yağacaq - Sabahın HAVASI
12:30Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
12:23Ronaldonun xanımı festivala 170 minlik çanta ilə gəldi
12:04Buz niyə suda batmır? - Həyat üçün vacib olan elmi izah
11:46Dini mərasim zamanı 14 yaşlı qıza təcavüz olundu
11:29Keyt Bekinseyl kimlərlə eşq yaşayıb? - Özündən kiçik şəxslərlə qurduğu münasibətlər
11:12Ombudsmandan Azərbaycanda həbsdə olan erməni əsilli şəxslərlə bağlı iddialara CAVAB
10:5415 dəqiqəyə qış kompotu - RESEPT
10:37Dünyanın ən sakit adası - Cəmi 500 nəfər, 20 min kivi
10:18Azərbaycanlı uşaq ögey atasını öldürdü
10:00Yuxuda ilan görmək əslində nə deməkdir? - 10 fərqli yozum
09:42Alonso "Çelsi"nin ən bahalı transferindən DANIŞDI: "Çox vacib idi"
09:30Günün hava proqnozu