2014-cü ildə ÜDM 5,2 faiz, qeyri-neft sektoru isə təxminən 10 faiz artacaq.
Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, növbəti ilin dövlət büdcəsinin gəlirləri 18 milyard 384 milyon manat, xərcləri isə 20 milyard 363 milyon manat təşkil edəcək. Nazir deyib ki, büdcə kəsirinin xarici maliyyə dəstəyinin hesabına aradan qaldırılması nəzərdə tutulub.
Nazirin sözlərinə görə, büdcənin azalmasının əsas səbəbi neft fondundan köçürmənin tədricən azalmasıdır.
Neft fondundan gələn dövlət büdcəsinə 9 milyard 337 milyon manat vəsait köçürüləcək ki, bu da ötən ilə nisbətən 17,7 faiz azdır.
Büdcənin gəlirləri ötən ilə nisbətən 15,9 faiz artacaq.
Ötən illə müqayisədə vergilər və dövlət gömrük komitəsinin xətti ilə daxilolmaların artırılması nəzərdə tutulub.
Gələn il Vergilər Nazirliyi xətti ilə 7 milyard 102 milyon, Dövlət Gömrük Komitəsinin xətti ilə isə 1 milyard 500 milyon manat vəsaitin büdcəyə köçürülməsi planlaşdırılıb.
Əmək haqları və pensiyalar gələn ilin büdcəsinin artımına səbəb olub.

Samir Şərifov:" Büdcəyə köçürmələr artırılacaq"
Oxşar yazılar

Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52