“Dünyanın heç bir inkişaf etmiş ölkəsində müəllimlərin və həkimlərin maaşları yalnız büdcəyə bağlanmır. Ən inkişaf etmiş ölkələrdə də təhsil və səhiyyə özəl sahələrlə paralel şəkildə gedir. Azərbaycan neft ölkəsi olsa da, müəllimlərin və həkimlərin maaşlarını bizim istədiyimiz səviyyəyə qaldıra bilməz”.
Lent. az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bugünkü sessiyasında YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib. O bildirib ki, ölkə prezidenti əmək haqqlarını hər il mütəmadi olaraq qaldırır, ancaq maaşları birdən-birə qaldıraraq, dövlət büdcəsini tar-mar etmək, parçalamaq mümkün deyil.
M. Qurbanlının sözlərinə görə, bu məsələnin çıxış yolu ondan ibarətdir ki, səhiyyədə sığorta sisteminə keçilməli və orta təhsildə özəl məktəblərin sayı artırılmalıdır: “ABŞ və Böyük Britaniya kimi ölkələrdə təhsilin 30-40 faizi özəl sahəyə aiddir. Dövlət həmin şəxslərə məktəblərin tikilməsi üçün müəyyən kreditlər verə, müəyyən vergi güzəştləri edə bilər”.
Deputatın fikrincə, bu özəl məktəblərin də proqramı dövlət məktəbləri ilə eyni olmalıdır: “Bu məktəblərin proqramı, idarəçiliyi eyni olmalı, vahid nazirlikdən idarə edilməlidir, ancaq maliyyə mənbələri ayrılmalıdır. Bəziləri özəl sektordan, bəziləri isə fondlardan maliyyələşməlidir ”.

YAP müəllimlərin maaşlarının artırılmasının həll yolunu açıqladı
Oxşar yazılar

Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52