15 yaşlı qız 41 yaşlı kişini öldürdü - Səs-küyə görə
03 iyun 2023 19:08 (UTC +04:00)

15 yaşlı qız 41 yaşlı kişini öldürdü - Səs-küyə görə

Yaroslavl vilayətində 15 yaşlı qız 41 yaşlı kişini öldürüb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə iyunun 2-nə keçən gecə Qonçarov küçəsindəki mənzillərdən birində baş verib. Ev sakinləri yeniyetmələrin ad gününü qeyd etdiyi mənzildə səs-küydən şikayətləniblər. Bu zəmində 41 yaşlı kişi ilə 15 yaşlı qız arasında baş verən münaqişə nəticəsində qız kişini bıçaqlayıb.

Qız Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

# 3366
avatar

Oxşar yazılar