48 cinayətdə təqsirləndirilən  dəstə başçısı   Barış Boyun Azərbaycanda  tutuldu
12 noyabr 2026 20:31 (UTC +04:00)

48 cinayətdə təqsirləndirilən dəstə başçısı Barış Boyun Azərbaycanda tutuldu

0

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində barəsində 48 ayrı həbs qərarı verilmiş "Barış Boyun Cinayət Təşkilatı"nın lideri Mehmet Rəcəb Demir Azərbaycanda saxlanılıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, sərhəd pozuntusuna görə həbs edilən Demirin Türkiyəyə rəsmi ekstradisiya prosesi başlayıb.

İctimaiyyət arasında "Barış Boyun Cinayətkar Təşkilatı" kimi tanınan silahlı cinayətkar təşkilatla bağlı istintaqda əhəmiyyətli bir irəliləyiş baş verib. Təşkilatın liderlərindən biri olan və barəsində 48 ayrı həbs qərarı verilmiş Mehmet Rəcəb Dəmir Azərbaycanda tutularaq nəzarətə alınıb.

İstanbul Baş Prokurorluğu tərəfindən həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərən cinayətkar təşkilatla bağlı aparılan istintaq diqqətlə davam etdirilir. Bu çərçivədə, Azərbaycanda saxlanılan Mehmet Recep Demirin Azərbaycan Cinayət Məcəlləsinin "sərhədi qanunsuz keçmə" maddəsi ilə həbs olunduğu məlum olub.

Həbs qərarından sonra şübhəlinin Türkiyəyə gətirilməsi üçün hüquqi prosedurlar başlanılıb. İstanbul Baş Prokurorluğu Mehmet Rəcəb Dəmirin Türkiyəyə ekstradisiyası üçün Azərbaycan məhkəmə orqanlarına göndəriləcək ekstradisiya tələbi hazırlayıb.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 106

Oxşar yazılar