50 yaşlı "qanuni oğru"ya  hökm oxundu
09 iyun 2023 17:39 (UTC +04:00)

50 yaşlı "qanuni oğru"ya hökm oxundu

Başqırdıstan Respublikasının Ali Məhkəməsi cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaqda təqsirləndirilən şəxsi 9 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, iclas zamanı 2009-cu ildən həbs olunana qədər 50 yaşlı İqor İfraimovun Başqırdıstanda “qanuni oğru” olduğu müəyyən edilib.

Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib. Bununla belə, məhkəmə sübutları müttəhimi mühakimə etmək üçün kifayət hesab edib. O, 9 il müddətinə ciddi rejimli islah koloniyasında cəza çəkib. Həmçinin, İfraimova pul cəzası təyin edilib.

# 2868
avatar

Oxşar yazılar