Arvadını qızının gözü önündə  öldürən atanın uşağa CAVABI:  "Ananın ürəyi gedib, onu ayıldıram"
13 mart 2026 11:08 (UTC +04:00)

Arvadını qızının gözü önündə öldürən atanın uşağa CAVABI: "Ananın ürəyi gedib, onu ayıldıram"

0

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işi üzrə məhkəmə iclası şahid ifadələri ilə davam edib.

Lent.az xəbər verir ki, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid Samirə Quliyeva qonşular vasitəsilə hadisədən xəbər tutduğunu bildirib:

"Uşaqlara əvvəlcə qızımın öldüyünü deməyiblər. Ziyəddinin qardaşı uşaqları parka gəzməyə aparanda onlara ananınız mələk olub göyə uçdu deyib. Qayıdanda qız nəvəm dedi ki, nənə, mən anamın öldüyünü bilirəm. Uşaq deyirdi ki, həmin gün oyananda gördüm atam anamın boğazında oturub. Soruşdum ki, ata, neyləyirsən? Ata dedi ki, ananın ürəyi gedib, onu ayıldıram, get başını qoy yat. Bu vicdansız balama zülm verib, işgəncə ilə onu öldürüb. Barışıqdan söhbət belə gedə bilməz. Mən haqq-ədalətin bərpa olunmasını, balamın qatilinin layiqli cəzasını çəkməsini istəyirəm".

Növbəti proses şahid ifadələrinin dinlənilməsi üçün 10 aprel saat 10:30- a təyin olunub.

Xatırladaq ki, Z.Quliyev 2025-ci ilin aprelin 20-də Bakının Əhmədli qəsəbəsində ailə münaqişəsi zəminində həyat yoldaşı 25 yaşlı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməkdə ittiham olunur. O, hadisədən sonra könüllü polisə təslim olunub.

Z.Quliyev barəsində Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9 (qəsdən adamöldurmə xüsusi amansizlıqla törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar