Avtobuslarda cibgirlik   edənlər tutuldu
28 sentyabr 2023 14:34 (UTC +04:00)

Avtobuslarda cibgirlik edənlər tutuldu

Sumqayıtda marşrut avtobuslarında cibgirlik edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, H.Z.Tağıyev və Kimyaçılar qəsəbələri ərazilərində marşrut avtobuslarında üç nəfərin içərisində pulu, bank kartları və sənədləri olan cüzdanları oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Tağıyev və A.Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2565
avatar

Oxşar yazılar