Bakıda 16 yaşlı oğlan iki nəfəri bıçaqladı
10 iyun 2023 11:19 (UTC +04:00)

Bakıda 16 yaşlı oğlan iki nəfəri bıçaqladı

Bakıda yeniyetmə iki nəfəri bıçaqlayıb.

Xəzər rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyunun 10-u saat 1 radələrində Binə qəsəbəsi ərazisində yetkinlik yaşına çatmayan iki şəxsə xəsarətlər yetirilməsi barədə məlumat daxil olub.

Aparılan araşdırmalarla 17 yaşlı M.Babayevin (şərti) aralarında yaranmış mübahisə zamanı iki həmyaşıdına bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. M.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub. 

İbtidai istintaq davam etdirilir.

# 2337
avatar

Oxşar yazılar