Bakı Ağır Cinayətlər Məhkəməsində gözəllik salonunda işləyən sevgilisini öldürməyə cəhddə təqsirləndirilən Bərdə rayon sakini Samir Həsənovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Lent.az xəbər verir ki, prosesdə hakim təqsirləndirilən şəxsə hüquq və vəzifələrini izah edib, onun anket məlumatları dəqiqləşdirilib.
Daha sonra işin məhkəmə baxışına verilməsi məsələsi müzakirə olunub.
Müşavirədən sonra elan olunmuş qərara əsasən, məhkəmə baxışı aprelin 2-nə təyin edilib.
İstitnaqla müəyyən edilib ki, Samir Həsənov sevgi münasibətində olduğu Cahan Çələbiyevanı döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Bununla bağlı qadın dəfələrlə polisə müraciət edib, 2025-ci ilin mart və avqust aylarına Xətai və Sabunçu rayon Məhkəmələrinin cərimə cəzasına, axırncı dəfə oktyabr ayında Nizami rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs edilib.
Bundan qəzəblənən Samir Həsənov noyabrın 7-də qisas almaq niyyət ilə Qara Qarayev prospekti, 105 ünvanında yerləşən gözəllik salonuna yollanıb. İçəri daxil olaraq, orada işləyən Cahan Çələbiyevanın üzünə, boynuna, döş qəfəsinə ümumilikdə 9 dəfə zərbə endirib.
Qadın aktiv müqavimət göstərdiyindən, habelə vaxtında xəstəxanaya çatdırılaraq, həyatı xilas edildiyindən Samir Həsənov qəsdən zərərçəkmişi öldürməyə yönəlmiş əməlini başa çatdıra bilməyib.
Samir Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.