Keçmiş klub prezidenti bıçaqlandı
02 dekabr 2023 16:30 (UTC +04:00)

Keçmiş klub prezidenti bıçaqlandı

Türkiyədə keçmiş klub prezidenti bıçaqlanıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Denizli şəhərinin Pamukkale qəsəbəsi Ulus yolunda baş verib. “Denizlispor”un keçmiş prezidenti Ali Çetinlə digər sürücü arasında yol vermək üstündə mübahisə yaranıb.

Mübahisə zamanı qarşı tərəf Ali Çetinin sinəsinə bıçaq sancıb. Nəticədə yaralı reanimasiyaya yerləşdirilib.

Hadisəni törədən sürücü Barış A. isə saxlanılıb.

Qeyd edək ki, A. Çetin 11 il Liqa 1-də mübarizə aparan “Denizlispor”u Super Liqaya çıxarıb. 2 il liqada iştirak etdikdən sonra maliyyə və transfer problemi səbəbilə Liqa 2-ə düşüb.

# 2517
avatar

Oxşar yazılar