Salyan sakini boynundan bıçaqlandı
07 dekabr 2023 04:35 (UTC +04:00)

Salyan sakini boynundan bıçaqlandı

Salyan sakini bıçaqlanıb.

Lent.az- ın APA-ya istinadla məlumatına görə, Salyan rayonunun Təzəkənd kənd sakini, 1981-ci il təvəllüdlü Xəlilov Famil Qalib oğlu boyun nahiyəsindən bıçaqlanıb. 

F.Xəlilov boyun nahiyəsinin kəsilmiş xəsarəti ilə Şirvan şəhər xəstəxanasına çatdırılıb. Onun tanışı tərəfindən aralarında yaranmış mübahisə zəminində bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.
 

# 2313
avatar

Oxşar yazılar