Soyğunçuluq olan mağaza
06 may 2021 10:09 (UTC +04:00)

Soyğunçuluq olan mağaza

Soyğunçu qardaşlar satıcının başına oyun açdılar - FOTO

Siyəzən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zarat kəndi ərazisində yerləşən mağazaların birində mağaza sahibinə qarşı soyğunçuluq edən iki qardaş - Turxay və Elşən Fərzəliyevlər saxlanılıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, saxlanılan qardaşlar kənd ərazisində yerləşən ərzaq malları mağazasına daxil olublar. Bu zaman T.Fərzəliyev mağaza sahibinin onlara müqavimət göstərməməsi üçün qollarını tutub, E.Fərzəliyev isə kassadan 126 manat miqdarında pulları götürüb. Daha sonra isə onlar həmin ərazidən uzaqlaşıblar.

Dindirilmə zamanı Turxay və Elşən Fərzəliyev törətdikləri hadisəni səmimi etiraf edərək, peşman olduqlarını bildiriblər.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Soyğunçuluq olan mağazanın kassası

# 1650
avatar

Mehman Nəbiyev

Oxşar yazılar