Təqaüdçü sərxoş olub səs-küy salanı GÜLLƏLƏDİ
08 iyun 2023 16:07 (UTC +04:00)

Təqaüdçü sərxoş olub səs-küy salanı GÜLLƏLƏDİ

Moskva vilayətində Kamenka kənd sakini yaşayış binasının yaxınlığındakı skamyada səs-küy salaraq dalaşan kişini güllələyib.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə iyunun 7-də günorta saatlarında baş verib. 65 yaşlı təqaüdçü sərxoş halda səs-küy salan kişiyə sakitliyə riayət etməsini bildirib. Lakin o, bu tələblərə məhəl qoymayıb.

Sonra yaşlı kişi 38 yaşlı şəxsə yaxınlaşıb və şəxsən ondan səs-küyü dayandırmasını istəyib. Ancaq bu dəfə o, təqaüdçünün üzünə zərbə vurub.

Bundan sonra təqaüdçü evə gedib, ov tüfəngini götürərək yenidən küçəyə çıxıb. Xuliqanlıq edənə yaxınlaşıb və sinəsindən atəş açıb. Nəticədə sərxoş kişi hadisə yerində ölüb.

Hadisəni törədən həbs edilib və barəsində “Qətl” maddəsi ilə cinayət işi başlanıb.

# 2091
avatar

Oxşar yazılar