SON DƏQİQƏ:  Yasamaldakı atışmaya görə  polis iki nəfəri saxladı
17 oktyabr 2025 11:48 (UTC +04:00)

SON DƏQİQƏ: Yasamaldakı atışmaya görə polis iki nəfəri saxladı

0

Oktyabrın 16-da Yasamal rayonu ərazisində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş iki nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
     
DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı Elgün Cəbrayılov 38 yaşlı Rüfət Həziyev saxlanılıb. Həmin şəxslərdən 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və narkotik vasitələr aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, dünən Yasamal rayonu ərazisində baş verən silahlı insident zamanı iki nəfər güllələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 816

Oxşar yazılar