Çelik: “Məhkəmədən ifadə verməyə hazıram”
“Türkiyənin “Anadolu” agentliyinin yaydığı xəbərlə bağlı dəqiq məlumatım yoxdur. Bu barədə xəbəri oxuyan vəkillərim mənə məlumat verdilər. Qeyd olunan məsələ ilə bağlı mənə məhkəmədən heç bir çağırış gəlməyib”.
Bu açıqlamanı APA-ya Türkiyəli müğənni Çelik verib. O, İhsan Güvən və həyat yoldaşı Sibel Güvənin qətlə yetirilməsi ilə bağlı məhkəməyə şahid qismində cəlb olunacağı barədə xəbərləri belə şərh edib: “Əgər məhkəmə mənə çağırış göndərsə, vəkillərimlə birlikdə məhkəmənin istədiyi yerə getməyə, verilən bütün sualları cavablandırmağa hazıram. Amma hazırda mənə belə bir dəvət gəlməyib”.
Qeyd edək ki, dünən gecə Türkiyənin “Anadolu” Agentliyinin yaydığı məlumatda, ötən ilin oktyabrından Azərbaycanda yaşamağa qərar verən və burada iş quran Çelik Erişçinin “Ergenekon”la əlaqəsi olduğu iddia edilən bir məhkəmə prosesinə zorla gətirilməsi barədə qərar çıxarıldığı bildirilib.
Məlumata görə, Türkiyədə təqaüddə olan minbaşı İhsan Güvənlə həyat yoldaşı Sibel Güvənin Tuzladakı evlərində öldürülmələri ilə bağlı 7 nəfərin şübhəli qismində saxlanıldığı məhkəmə prosesində “Ergenekon” əməliyyatı zamanı həbs edilmiş Ergün Poyraz və Həbib Ümid Sayın, həmçinin müğənni Çeliklə Ayşə Ərsoyun dindirilməsinə qərar verilib. Prosesə hakimlik edən Erkan Canak isə bildirib ki, bu qətl hadisəsi ilə bağlı “Ergenekon” məhkəməsi zamanı ortaya çıxan bütün dəlillər və sənədləri həmin məhkəmə prosesinə hakimlik edən Zəkəriyyə Öz göndərib. Məhz “Ergenekon”la bağlı prosesdən göndərilən sənədlərdən sonra da prosesdə daha 4 nəfərin, o cümlədən müğənni Çelikin də şahid qismində dindirilməsi barədə qərar çıxarılıb.

Oxşar yazılar

"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54
Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45
Aşiq cütlük yenə də hamını heyran etdi
30 iyun 2025 , 11:15
Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
29 iyun 2025 , 09:55
Triş Kristakis – bəşər tarixinin ən seksual idman müxbiri -FOTOLENT
28 iyun 2025 , 12:10