Afət Fərmanqızı
29 may 2024 10:41 (UTC +04:00)

Afət Fərmanqızı

Afət Fərmanqızı bu səhifələrin "BAŞINA PUL QOYDU"

Məşhur müğənni Afət Fərmanqızı onun haqqında yazan səhifə və saytlarla bağlı açıqlama verib.

Lent.az xəbər verir ki, bu barədə müğənni öz “İnstagram” səhifəsində açdığı canlıda danışıb. O bildirib ki, haqqında mənfi xəbər yayn saytları kim bağlatdırsa, ona 500 manat pul mükafatı verəcək:

“Çox xahiş edirəm, mənim adımdan reklam tutmaq üçün yalan məlumat paylaşan saytları, səhifələri spam edin. Həmin xəbər səhifələrini kim bağlatdırsa, məndən həmin adama 500 manat hədiyyə. O, səhifələri geri qayıtmamaq şərti ilə vurduran hər kəsə. 5 ay keçəndən sonra yoxlatdıracam, bəlkə elə pula görə özü yalandan bağlanmış kimi göstərir səhifəni. Yox əgər həqiqətən 5 aydan sonra o səhifələr, saytlar bağlıdırsa, pul mükafatını təqdim edəcəm”.

Həmin görüntünü sizə təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4524
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar